E-poçt hesabınızı yaradın
Sizin bir neçə poçt ünvanınız var? Telefonunuzda bir neçə poçt hesabınız ola bilər.
Poçt hesabını yaratmaq və məktubları göndərmək və qəbul etmək üçün siz İnternetə qoşulu
olmalısınız.
1. Seçin: Menyu > E-poçt.
2. Poçt xidmətini seçin və daxil olun.
İşarə:Sizin poçt ünvanınız yoxdursa, quraşdırma zamanı Nokia Poçt hesabı yarada bilərsiniz.
Poçt hesabını daha sonra əlavə et
Menyu > E-poçt > Hesab əlavə et, poçt xidməti seçin və daxil olun.
Gələnlər qutusunun avtomatik yenilənməsini söndürmək
Menyu > E-poçt > Seçimlər > Parametrlər və hesabı seçin və Gələnlər qutusunu yenilə: parametrini
Əl ilə təyin edin.
Telefonunuz müəyyən intervallarda daxil olanlar qutunuzu yeniləyərək daxil olan yeni mesajları
göstərir. Bu, məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə
səbəb ola bilər. Qənaət etmək üçün avtomatik yeniləmə xüsusiyyətini söndürə və gələnlər qutunuzu
əl ilə yeniləyə bilərsiniz.