Giriş kodları
Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?
PIN və ya PIN2 kodu
(4-8 rəqəm)
Bunlar SIM kartınızı icazəsiz istifadədən
qorumaq və ya bəzi xüsusiyyətlərə daxil olmaq
üçün tələb olunur.
Siz telefonu yandırdıqda PIN kodun tələb
olunmasını təyin edə bilərsiniz.
Kodlarınızı unutmusunuzsa və ya onlar kartınızla
birlikdə təmin edilməyibsə, şəbəkə xidməti
təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz,
PUK və ya PUK2 kodu ilə telefonu blokdan
çıxartmalısınız.
PUK və ya PUK2
Bunlar PIN və ya PIN2 kodunu blokdan çıxartmaq
üçün tələb olunur.
SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə
xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol)
Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa
kömək edir.
Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun
tələb olunmasını təyin edə bilərsiniz. Adi kilid
kodu 12345 kimidir.
Kodu gizli yerdə və telefondan ayrı saxlayın.
Kodu unutsanız və telefonunuz kilidlənərsə,
telefonunuzu texniki xidmətə aparmaq tələb
olunacaq. Əlavə xərclər tələb oluna və
telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.
Ətraflı məlumat üçün telefonunuz üçün ən yaxın
müştəri xidmətləri və ya telefon dilerinizlə əlaqə
saxlayın.
IMEI
Bu şəbəkədə olan telefonları təyin etmək üçün
istifadə edilir. Siz nömrəni də müştəri
xidmətlərinə verməlisiniz.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
29
Funksiyaya aid məlumat
1 Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.
2 Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat
zamanı cihazın daha çox enerjidən istifadəsi batareyanın ömrünü azalda bilər.
3 Batareya tam boşaldıqda batareyanın doldurulması indikatorunun peyda olması və ya hər hansı zəng edilməsi üçün bir neçə
dəqiqə tələb oluna bilər.
4 Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən etibarlı üsuldur. Etibar etmədiyiniz
mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin. İstifadə etmədikdə Bluetooth funksiyasını qeyri-aktiv edə bilərsiniz.
5 Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə
bilər.
6 Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir.
Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil
seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.
7 Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük
həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.
8 Microsoft Mobile cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının funksionallığı, məzmunu və ya son istifadəçi
dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın
olduğu kimi təqdim edildiyini qəbul edirsiniz.
9 Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya
təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmisinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.
10 Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.
11
Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən işə düşənə qədər
cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.
12
Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub. Uyğun olmayan SIM kartlardan istifadə
kart və yaı cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər. Mini-UICC küncü olan SIM kartdan
istifadəyə dair mobil operatorunuza müraciət edin.
13
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik enerjisindən ayırın.
Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə verilən qapaqla saxlayın və istifadə edin.
14 Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi
yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
15
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə
bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
16 Siqnal yaradan məhsulları qoşma bu cihaza zərər verə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla
istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.
17
Mühüm: Wi-Fi bağlantınızın təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin. Şifrələnmədən istifadə
digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.
18 Bəzi məzmunları Microsoft Mobile deyil, üçüncü tərəflər yaratmışdır. Tərkib natamam ola bilər və mövcudluğu sual altındadır.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
30